Digər canlıların yaradılışı

Əlbəttə ki, dünya yalnız insanlardan ibarət deyil. Yer üzündə bildiyiniz və ya bilmədiyiniz minlərlə növ canlı var. Varlığından xəbərdar olduqlarınızın bəzilərini yaxından görərsiniz, amma əksəriyyətini də kitablar və ya filmlər sayəsində tanıyarsınız. Lakin, bu canlılara diqqət yetirsəniz hamısının ortaq bir xüsusiyyəti olduğunu görərsiniz. Bu nədir bilirsinizmi? Bu xüsusiyyətə qısa şəkildə "uyğunluq" deyə bilərik. İndi, sizin üçün dünyadakı canlıların nələrə uyğun olduqlarını sayaq. Canlılar;
- Yaşadıqları mühitə uyğundurlar.
- Yaşadıqları mühitdəki digər canlılarla uyğunluq təşkil edirlər.
- Təbiətin tarazlığını təmin etməyə uyğundurlar.
- İnsana müxtəlif faydalar verməyə uyğundurlar.
Bu bəndləri izah etmədən əvvəl, uyğunluğun nə olduğuna dair sadə bir nümunə verək. İndi, evimizin divarındakı taxıc yuvası və ona taxdığımız taxıcı düşünün. İkisi də bir-birinə uyğundurlar. Uyğun olduğuna necə qərar verərik? Çünki taxıc yuvasında iki deşik var. Taxıcda isə iki ədəd metal çıxıntı var. Görəsən bu kifayətdirmi? Taxıcın dəmir çubuqlarının qalınlığı tam deşiyin qalınlığı qədərdir. Əgər belə olmasa, ya içinə girməzdi, ya da boş qalıb çıxardı, elə deyilmi? Bununla yanaşı, taxıcın çubuqları arasındakı məsafə ilə taxıc yuvasının deşikləri arasındakı məsafə eynidir. Ölçüləri uyğun gəlməsəydi taxıcı deşiklərə sala bilməzdiniz. Bu da kifayət deyil, taxıc çox uzun olsaydı, yenə uyğun gəlməzdi. Taxıcın çubuqları metal olmasaydı, bu dəfə taxıc yuvasındakı elektrik cərəyanı taxıca keçməzdi. Əgər taxıcın başı plastik materialdan olmasaydı, taxıcdan yapışdığınız vaxt sizi də elektrik vurardı. Gördünüz mü, ən sadə bir materialda belə uyğunluq olmadıqda, onu işlətmək qeyri-mümkün olur. Deməli, taxıc yuvasını və taxıcı əvvəlcə eyni insan planlaşdırmışdır. Bir-birinə uyğun şəkildə düzəltmişdir. İşəyararlı şəkildə düzəltmişdir. Bunlar dəmirin və plastik maddənin təsadüfən birləşməsi nəticəsində meydana gələ bilməz və ayrı-ayrılıqda planlana da bilməzlər. Çünki bu təqdirdə bir-biriylə uyğun bir taxıc və taxıc yuvası tapa bilməzsiniz.
Canlılardakı uyğunluq isə taxıc və taxıc yuvası uyğunluğundan xeyli müfəssəldir. Çünki canlılarda bir-biriylə uyğunlaşması və mükəmməl işləməsi lazım olan yüz minlərlə sistem və orqan var. Bunları tək-tək yazmağa çalışsaq yüzlərlə cild kitab ortaya çıxar. Buna görə də, Allahın canlılarda yaratdığı bu mükəmməl xüsusiyyətlər barədə sonrakı səhifələrdə qısa şəkildə danışacağıq:

- Canlılar yaşadıqları mühitə uyğundurlar
Quruda, havada və ya suda yaşamasından asılı olmayaraq, hər canlı yaşadığı mühitə ən uyğun şəkildə yaradılmışdır. Yaşaya bilməsi, qoruna bilməsi, qidalanması, nəsil verib çoxala bilməsi üçün çox müxtəlif və mükəmməl sistemlərə sahibdir. Yəni hər canlı yaşadığı mühitə görə xüsusi olaraq dizayn olunmuşdur.
Orqanları, hərəkət etmə formaları daim mühitin tələbinə uyğun olar. Məsələn, quşlar havada uçmaq üçün mükəmməl qanadlara malikdir. Balıqların suda nəfəs almaq üçün xüsusi yaradılmış qəlsəmələri var. Əgər bizim kimi ağciyərləri olsaydı, suda boğulardılar.

- Canlılar yaşadıqları mühitdəki digər canlılarla uyğunluq təşkil edirlər
Bəzi quşlar və böcəklər, bitkilərin çoxala bilməsi üçün çox uyğun yaradılmışdırlar. Yəni xəbərləri olmadan bitkilərin çoxalmasına kömək edirlər. Məsələn, arılar çiçəkdən çiçəyə qonarkən üstlərinə bulaşan çiçək tozlarını digər çiçəklərə daşıyarlar. Bitkilər də bu daşınma əməliyyatı sayəsində çoxalarlar. Bəzi hallarda da heyvanlar, digər heyvanların xeyirinə olacaq işlər görərlər. Məsələn, təmizləyici balıqlar, böyük balıqların üzərindəki mikroorqanizmləri təmizləyərək onların sağlam yaşamasına kömək edirlər. Yəni onlarla uyğunluq təşkil edirlər.

- Canlılar təbiətin tarazlığını təmin etməyə uyğundurlar
Heç bir canlı təbiətdəki tarazlığı pozmaz. Hətta onu qoruyacaq şəkildə yaradılıblar. Halbuki insan şüursuz şəkildə müdaxilə etdikdə bu tarazlığı poza bilər. Məsələn, insan bir canlı növünü çox ovladıqda onun nəslini kəsə bilər. Beləliklə də, nəsli tükənən həmin canlının qidası olan başqa bir canlı həddən artıq çoxala bilər və bu, insana və təbiətə zərər verə bilər. Deməli, canlılar yaradılarkən müəyyən tarazlığa görə yaradılıblar. Təbiətin tarazlığına uyğunlaşdırılıblar.

- İnsana müxtəlif faydalar verməyə uyğundurlar
Məsələn, balın sizin üçün nə qədər faydalı olduğunu bir düşünün. Arılar sizin belə bir qidaya ehtiyacınız olduğunu haradan bilir və belə bir qidanı necə hazırlayırlar? Eləcə də yumurta və süd, elə deyilmi? Toyuq, inək, qoyun insanın ehtiyacını öz-özünə bilərək, belə uyğun, mükəmməl qidalar hazırlaya bilərmi? Əlbəttə ki, xeyr.
Canlılar arasındakı bu çox mühüm uyğunluq, onların tək bir Yaradıcının əsəri olduqlarının aydın bir dəlilidir. Yer üzündəki bu tarazlıqlar Allahın mükəmməl yaratması sayəsində meydana çıxmışdır və hələ də mövcudluğunu davam etdirir.