Allah hamımızın yaradıcısıdır

İnsanların danışarkən içində Allah sözü olan cümlələr işlətdiyini eşidirsiniz. Bunlar ümumiyyətlə; "Allah qorusun", "Allah nəsib eləsə", "İnşaAllah", "Allah bağışlasın", "Allah qəbul etsin" kimi cümlələrdir.
Bu sözlər Allah anıldığı zaman istifadə edilən dua mahiyyətli və ya Allahı ucaldan ifadələrdir. Məsələn, "Allah qorusun" ifadəsi, Allahın sizin və ətrafınızda gördüyünüz canlı-cansız bütün varlıqların üzərində sonsuz güc sahib olduğu mənasını verər. Sizi, ata və ananızı, dostlarınızı pis şeylərdən Allah qoruyar. Bundan ötrü də, bu söz xüsusilə sel və ya bunun kimi arzuolunmaz bir hadisədən bəhs edildikdə tez-tez işlədilər. Bir düşünün, sizcə ananız, atanız və ya sel barədə məlumat sahibi hər hansı bir böyüyünüz seli dayandıra bilərmi? Əlbəttə ki, dayandıra bilməz. Çünki insanın qarşısına belə bir hadisəni çıxardan da, onu dayandırmağa gücü çatan da yalnız Allahdır.
"İnşaAllah" sözü də dilimizdə; "əgər Allah istəsə" mənasını verir. Buna görə də, gələcəyə dair bir istəyimizi və ya niyyətimizi dilə gətirmək istədikdə, mütləq "inşaAllah" deyərik. Çünki gələcəyi ancaq Allah bilər və hər şeyi istədiyi kimi yaradar. Allah istəmədiyi müddətcə heç nə olmaz.
Məsələn, bir dostunuz; "sabah mütləq məktəbə gedəcəyəm" dediyi vaxt səhvliyə yol verər. Çünki Allahın, gələcəkdə onun nələr etməsini istədiyini bilmərik. Bəlkə də, sabah xəstə olub məktəbə gedə bilməyəcək və ya hava pisləşəcəyi üçün məktəblərdə tətil başlayacaq.
Buna görə də gələcəyə dair bir niyyətimizi dilə gətirərkən, "inşaAllah" deməklə Allahın hər şeyi bildiyini, hər şeyin ancaq O istədikdən sonra olacağını, Onun bizə bildirdiyindən başqa heç bir şey bilmədiyimizi əsaslı şəkildə söyləmiş olarıq. Beləliklə də, sonsuz güc və elm sahibi Rəbbimiz olan Allaha qarşı lazım olan hörmətli rəftarı göstərmiş olarıq.
Allah bizə Quran ayələrində belə söyləməli olduğumuzu bildirir. Bunu bizə xəbər verən ayə belədir:

Heç bir şey barəsində: “Mən onu sabah mütləq edəcəyəm!” demə! Ancaq: “Əgər Allah istəsə!” (“İnşaAllah” de!) Unutduğun zaman Rəbbini yada salıb: “Ola bilsin ki, Rəbbim məni bundan daha yaxın müvəffəqiyyətə nail etsin” de. (Kəhf surəsi, 23-24)

Belə əhəmiyyətli mövzular barədə indiyə qədər elə də çox şey öyrənməmiş ola bilərsiniz, ancaq bu əhəmiyyətli deyil. Çünki, Allahı tanımaq üçün başqalarının sizə nəsə söyləməsinə ehtiyac yoxdur. Bunun üçün ətrafınıza baxmağınız və bir qədər düşünməyiniz kifayətdir.
Hər yer Allahı və Onun sonsuz gücünü tanıdan gözəlliklərlə doludur. Sevimli ağ dovşanı, delfinlərin gülər üzlərini, kəpənəklərin qanadlarındakı möhtəşəm rəngləri və ya masmavi dənizi, yamyaşıl meşələri, rəngarəng çiçəkləri və bunlar kimi saymaqla bitməyəcək bir çox gözəlliyi düşünün. Məhz bütün bunları yaradan Allahdır. Gördüyünüz bütün kainatı, dünyanı, canlıları Allah yoxdan yaratmışdır. Bundan ötrü də, yaratdığı bu gözəlliklərə baxaraq, Allahın Ucalığını görə bilərsiniz.
Əlbəttə ki, hər şeydən əvvəl öz varlığımız Allahın varlığının dəlilidir. O zaman əvvəlcə özümüz və Allahın bizi necə mükəmməl şəkildə yaratdığı barədə düşünək.