İnkarçılar üçün cəhənnəm əzabı var

Allaha üsyan edən, Onun varlığını qəbul etməyən insanlar da etdikləri hər şeyin qarşılığını alacaqlar. Dünyada olarkən Allahın varlığını və hər şeyi Onun yaratdığını qəbul etmədikləri, təkəbbürlənib Allahın əmr etdiyi ibadətləri yerinə yetirmədikləri və dünyada sanki üsyan çıxartdıqları üçün, öldükdən sonra da buna uyğun qarşılıq alacaqlar.
Bəzi insanlar bu dünyada bir çox günah işləyərlər. Heç kəsin onları görmədiyi hallarda, bəzən cəza almaya da bilərlər. Amma bu insanlar etdikləri nə qədər gizli olursa olsun, Allahın onları hər an gördüyündən və içlərindən keçəni bildiyindən xəbərsizdirlər.
Hər kəs etdiyi yaxşı və ya pis şeylərin qarşılığını mütləq alacaq. Əsil cəzanı və ya mükafatı axirətdə Allah verəcək. Allah sonsuz ədalət sahibidir və Quran ayələrində edilən ən kiçik bir yaxşılığın belə qarşılığını qat-qat verəcəyini müjdələmişdir. İnsanlar peşman olub, bağışlanma diləyərlərsə onları bağışlayacağını da söyləmişdir. Buna baxmayaraq, Allaha iman etməyən, Quranda bildirilən əmrləri yerinə yetirməyən, yalnız dünya həyatında yaşayacağını, ondan sonra bir həyat olmadığını düşünən insanları da Allah cəhənnəmlə təhdid etmişdir.
Cəhənnəm Allaha üsyan edən təqsirli və günahkar insanların etdiklərinin qarşılığıdır.
Allah bu insanların vəziyyətini Quranda belə bildirmişdir:

O kəslərə ki, dinlərini əyləncə və oyun etmişdilər və dünya həyatı onları aldatmışdı. Onlar bu günləri ilə qarşılaşmağı unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq.  (Əraf surəsi, 51)

Cəhənnəmdə, dünyada yaşanılan sıxıntılar və əzablardan daha çoxu var. Cəhənnəm, murdar, qorxu, əzab və bədbəxtlik dolu bir yerdir. Oraya gedən insanlar, cəhənnəmdən çıxmaq üçün Allaha dua edərlər, amma artıq onlar üçün dua etmə və peşman olma vaxtı keçmişdir. Daha əvvəl sizə Fironun faydasız peşmançılığından danışmışıq. O da boğulacağı əsnada başına gələcəkləri anlamışdı. Amma həmin andakı peşmançılığı fayda verməmişdi. Allah insana ölüm anına qədər fürsət verər. Öldükdən və axirətdə yaşamağa başladıqdan sonra isə peşman olmağın heç bir mənası qalmır.
Cəhənnəmə gedənlər orada yeməyə heç bir şey tapa bilməzlər. Başlarındakı cəhənnəm gözətçilərindən yemək istədikdə onlara darı tikanı, qan və irin verilər. Su içmək istədikdə isə qaynar su verilər. Daim alçaldılarlar, daim dəriləri yanar, hər yerdə od vardır, dar yerlərə həbs edilərlər. Üstəlik bu çox çətin həyat (Allahın diləməsi istisna olmaqla) sonsuza qədər bitməyəcək.
Halbuki səhvlərini, günahlarını görən hər insan, həyatda olarkən etdiklərindən peşman olmalı və Allaha özünü bağışlanması üçün dua etməlidir. Quranda Allah bizə səmimi peşmançılıq çəkəcəyimiz təqdirdə, hər cür günahı bağışlayacağını bildirir. Bu mövzuyla əlaqədar ayə belədir:

Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı (öz zərərlərinə) həddi aşmış (günah işləmiş) qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir! (Zumər surəsi, 53)

Buna görə də, insanın axirətdə sonsuz peşmançılıq yaşamaması və cəhənnəmin bitməyəcək əzabından xilas olması üçün, gec olmadan səhvlərini görməsi və Rəbbimizə tövbə etməsi çox əhəmiyyətlidir.