Axirət həyatı nədir?

Bəzi insanlar ölümü, insanın yox olması kimi anlayarlar. Halbuki ölüm, yalnız dünya həyatı ilə axirət həyatı arasındakı bir keçid, bir qapı kimidir. Qapının arxasında, yəni axirət həyatımızda, cənnətdə və ya cəhənnəmdə bir yerdə olmağımız da Allahın, dünyadakı hərəkətlərimizi bəyənməsindən və ya bəyənməməsindən asılıdır.
Ölüm yalnız bir müddətin sona çatmasıdır. İmtahanın bitdiyini bildirən zəngin çalınması və çıxış qapısının açılması kimi. Allah hər kəsə dünyada ayrı bir imtahan müddəti vermişdir. Bəzilərinin müddəti 30 ildə, bəzilərininki isə 100 ildə bitə bilər. Necə ki, sizin dünyadakı imtahanınızın başlanğıcı olan doğumunuza siz deyil, Allah qərar verdisə, müddətin bitməsinə də Allah qərar vermişdir. Yəni neçə yaşında öləcəyinizi yalnız Allah bilir.

Ölümü necə qarşılamalıyıq?
Dünyadakı imtahanın bitməsi olan ölüm, iman edən insanlar üçün sevinc vəsiləsidir. Sonunda çox gözəl bir ölkəyə gedəcəyi bir keçid qapısı kimidir. Məktəbdə bir imtahana girən və axırda özünə verilən müddəti tamamlayaraq imtahandan çıxan və müvəffəqiyyətli olan bir insanın sonradan kədərlənməsi çox mənasız olar. Məhz buna görə də, ölən bir insanın arxasınca kədərlənmək eynilə bunun kimi, hətta daha da mənasızdır. Ölən insan çox yaxından tanıdığımız və çox sevdiyimiz biri ola bilər. Ancaq iman edən bir insan ölümün birdəfəlik ayrılıq olmadığını, ölən insanın yalnız dünyadakı imtahanın bitdiyini, bu insanın çox gözəl bir ölkəyə getdiyini düşünər və buna görə davranar. Allahın istəklərinə görə yaşayan müsəlmanları Allahın axirətdə yenidən bir yerə gətirəcəyini və cənnətlə mükafatlandıracağını bilər. Belə olduqda kədərlənmək əvəzinə bu insan üçün böyük sevinc duyar.
Allah bizi dünyadan istədiyi an çıxarda bilər, yəni istədiyi an canımızı ala bilər. İnsanın etməli olduğu şey bu müddət başa çatmadan əvvəl əlindən gələni edib Allahın sevgisini qazanmağa çalışmaqdır.
Nəticə etibarilə bu həqiqəti unutmamalısınız: Ölüm bir son deyil, bir çox gözəlliklə dolu bir ölkəyə getməyimizi təmin edən keçid qapısıdır. Sonsuza qədər davam edəcək əsl həyat, axirətdir. Biz də hər an axirətdəki bu əsil həyatımız üçün hazırlıq görməliyik. Heç imtahandakı bir insan imtahan mühitində sonsuza qədər qalacaqmış kimi səy göstərməyə çalışar mı? Əlbəttə ki, xeyr. Yalnız sualları diqqətlə cavablandırıb imtahandan tezliklə çıxmağı düşünər.
Məhz dünya həyatında da insan Allahın özü üçün hazırladığı imtahanı ən yaxşı şəkildə başa vurub, Allahın razılığını və cənnəti qazanmağı istəməlidir. Hər insanın dünyadakı ən əhəmiyyətli səyi Allahı sevmək və Onun razılığını qazanmaq üçün çalışmaq olmalıdır. Çünki sonsuz mərhəmət sahibi olan Rəbbimiz Özünə inanan qullarını sevir və hər an qoruyur. Bir ayədə belə buyurulur:

...Şübhəsiz ki, Rəbbim hər şeyə nəzarət edib onu qoruyur”. (Hud surəsi, 57)