İnsanın yaradılışı

Bir insanın necə yarandığını heç düşündünüz mü? Bu suala cavab olaraq; "hər insanın ata və anası var" deyə bilərsiniz. Amma bu qaneedici cavab olmaz. Çünki bu cavab, ilk ata-ananın, yəni ilk insanların necə yaranmış olduğunu izah etmir. Sizə, bu mövzu ilə əlaqədar məktəbdə və ya ətrafınızda bəlkə bəzi şeylər deyilmiş ola bilər. Amma bütün bu deyilənlər içində doğru olan yeganə cavab, insanı Allahın yaratmış olmasıdır. Bir qədər sonra daha ətraflı şəkildə öyrənəcəyik, amma indi ümumi şəkildə bir şeyi bilməlisiniz; ilk insan həzrəti Adəmdir. Allah digər bütün insanları onun nəslindən meydana gətirmişdir.
Hz. Adəm də eynilə bizim kimi yeriyən, danışan, Allaha dua edən, ibadət edən bir insan idi. Allah, ilk insan olaraq onu və sonra da həyat yoldaşını yaratdı. Beləliklə onların uşaqları bütün dünyaya yayıldılar.
Bunu qətiyyən unutmayın: Allah yaratmaq üçün yalnız əmr verər. Bir şeyin olması üçün təkcə ona "ol" deməsi kifayətdir. Bunun üçün heç nəyə ehtiyacı yoxdur. Məsələn, Allah, hz. Adəmi palçıqdan yaratmışdır. Allah üçün hər şey çox asandır.
Ancaq unutmayın ki, dünyada Allahın varlığını inkar edənlər insanlar da var. Bu insanlar, insanın necə yarandığı sualına başqa cavablar axtarmağa çalışmışdırlar. Bunların məqsədi haqqı, həqiqəti axtarmaq deyil. Qətiyyən təəccüblənməyin, amma bu cür insanların məqsədi, yalnız və yalnız Allahın varlığını qəbul etməmək və Onun əmrlərini yerinə yetirməməkdir. Ancaq bu cür insanların hər şeyi Allahın yaratdığını qəbul etməməsi həqiqəti dəyişdirməz. Onlar nə qədər rədd etsə də, hər şeyi olduğu kimi bu insanları da Allah yaratmışdır.
Bilirsiniz mi bu nəyə bənzəyir, bunu bir nümunə izah edək:
Bir cizgi film qəhrəmanı düşünün. Çox bacarıqlıdır, qüvvətlidir və bir çox çətin işi də yerinə yetirə bilsin. İndi bu cizgi film qəhrəmanı, cizgi filmi əsnasında sizə belə desə:
"Mən öz-özümə yarandım. Məni heç kəs çəkmədi. Məni meydana gətirən cizgilər onsuz da əzəldən bəri vardı. Bədənimin forması, rənglərim, gözlərim, qollarım, görməyim, danışmağım, hər şeyim mənə aiddir. Öz-özünə yarandılar. Onları bir rəssam çəkmədi və boyamadı. Mənə hərəkət qabiliyyətini heç kəs vermədi. Seyr etdiyiniz bütün xüsusiyyətlərimi planlaşdıran, dizayn edən, onlara forma verən və onları nizamlayan heç kəs yoxdur".
Görəsən bu cizgi film qəhrəmanının sizə bunları söyləməsi başınızı qarışdırar mı? Söylədiklərinin doğru ola biləcəyini heç düşünərsiniz mi? Əlbəttə ki, xeyr. O qəhramana sual verə bilsəniz və o da sizə cavab verə bilsə, ona belə sual verərsiniz mi?:
"Sən belə deyirsən, lakin buna baxmayaraq, sənin cizgiləriyi çəkən bir rəssam var. Sən özün necə çəkildiyini, rəngləndiyini və hərəkət etdiyini düşünürsən?"
Çizgi qəhrəmanı da sizə belə cavab versə: "Məni meydana gətirən cizgilər mürəkkəbin kağıza tökülməsi nəticəsində təsadüfən əmələ gəldi. Boyalar da eynilə təsadüfən töküldü və rəngləndirdi. Yəni mənim yaranmağım üçün məni çəkən, mənə forma verən birinə ehtiyacım yoxdur, təsadüfən yarana bilərəm" desə, yəqin ki, bu deyilənlərə inanmazsınız. Belə mükəmməl cizgilərin, rənglərin, hərəkətlərin, boyaların tökülməsi nəticəsində təsadüfən ortaya çıxa bilməyəcəyini bilirsiniz. Çünki butulka aşdıqda yalnız mürəkkəb və boya ləkəsi əmələ gələr. Gözəl, düzgün cızıqlardan ibarət bir şəkil əmələ gəlməz. Mənalı, aktual, işə yarayan şeylərin əmələ gələ bilməsi üçün, biri onu, düşünərək dizayn etməli və çəkməlidir. Bütün bunları anlamağınız üçün, o cizgi film qəhrəmanını çəkəni və rəngləyəni görməyinizə ehtiyac yoxdur. Bu qəhrəmanın xüsusiyyətlərinin, formasının, rənglərinin, danışma qabiliyyətinin, yerimə, tullanma qabiliyyətlərinin cizgi filmi dizayn edən insan tərəfindən ona verildiyini anlayarsınız.
Məhz bu verdiyimiz nümunədən sonra bunu çox yaxşı düşünün: Özünü Allahın yaratdığını qəbul etməyən insan da, eynilə bu nümunədəki cizgi film qəhrəmanı kimi yalançı mövqeyinə düşər. İndi belə bir insanın bizimlə danışdığını düşünək. Bu insanın, bütün insanların və özünün yaradılışını necə izah etməyə çalışdığına bir baxın:
"Mənim anam, atam, onun atası və xeyli qədim vaxtlarda ilk ata-ana, yəni ilk insanlar tamamilə təsadüfən yaranmışdır. Bizim formamızı, gözümüzü, qulağımızı, bütün orqanlarımızı daim təsadüflər əmələ gətirmişdir".
Özünü Allahın yaratdığını inkar edən bu insanın söylədikləri, cizgi film qəhrəmanın söylədiklərinə necə də bənzəyir. Aradakı yeganə fərq, qəhrəmanın kağız üzərindəki cizgilərdən və boyalardan, bunu söyləyənin isə, hüceyrələrdən meydana gəlmiş canlı bir insan olmasıdır. Bəs bunun nə fərqi var? Bunu söyləyən canlı insan, cizgilərdən meydana gələn həmin film qəhrəmanından, daha mükəmməl və daha çox orqana sahib, çox mürəkkəb bir maşın kimi deyildirmi? Yəni cizgi film qəhrəmanının təsadüfən əmələ gəlməsi qeyri-mümkündürsə, bu insanın təsadüfən meydana gəlməsi bundan qat-qat qeyri-mümkündür. İndi bu insana belə sual verək:
"Sənin çox gözəl və işəyararlı bir bədənin var. Əllərin, əşyaları ən mükəmməl maşınlardan belə daha həssas tutur, ayaqlarınla qaça bilirsən. Gözlərin ən keyfiyyətli kameralardan belə daha aydın görür. Qulaqların ən təkmilləşmiş maqnitofonlardan belə daha az xışıltılı eşidir və bunun kimi daha bir çox orqanın, xəbərin belə olmadan səni həyatda saxlayır. Yaşamağına səbəb olur. Məsələn, ürəyinin, böyrəklərinin, qaraciyərinin fəaliyyətinə sən nəzarət etmirsən. Amma onlar ən mükəmməl fabriklərdən belə daha mükəmməl işləyirlər. Bütün bu orqanların bənzərlərini fabriklərdə əmələ gətirmək üçün, yüzlərlə elm adamı, mühəndis işləyir, plan və layihələr qururlar. Yenə də orqanların eynisini əmələ gətirə bilmirlər. Yəni sən çox mükəmməl bir canlısan. Bəs indi bütün bunları necə izah edəcəksən?". Bunları Allahın yaratdığını qəbul etməyən o insan bəlkə də belə söyləyəcək: "Mən də, mükəmməl bir bədənə və orqanlara sahib olduğumu bilirəm. Amma mən, cansız və şüursuz atomların tamamilə təsadüflər nəticəsində birləşərək hüceyrələrimizi, orqanlarımızı və bizi əmələ gətirdiyinə inanıram".
Artıq, yəqin ki, bu insanın ağılsız və gülünc şeylər söylədiyini gördünüz. Bu cür iddialar ortaya atan bir insanın, yaşından və peşəsindən asılı olmayaraq, doğru düşünmədiyi və yanlış şeylər iddia etdiyi aydındır. Nə qədər təəccüb oyandırsa da, ətrafınızda belə qeyri-mümkün və axmaq şeylərə inanan insanlara rast gələ bilərsiniz.
Ən sadə maşının belə dizayneri olduğu halda, əlbəttə ki, insan kimi mükəmməl bir varlıq, öz-özünə və təsadüfən yarana bilməz. Şübhəsiz ki, ilk insanı yaradan Allahdır və digər insanların yaranması üçün ilk insanın bədənində lazımi sistemləri yaradan da Allahdır. Allah bütün canlıların nəsillərinin davam etməsini hüceyrələrinə yerləşdirdiyi proqramdan asılı hala gətirmişdir. Biz də Allahın yaratdığı bu proqram əsasında yarandıq və bu proqramda yazılanlar əsasında böyüməyə davam edirik. Bu mövzuyla əlaqədar indi oxuyacaqlarınız hamımızın Yaradıcısı olan Allahın sonsuz güc və elm sahibi olduğunu bir qədər də yaxşı anlamağınızı təmin edəcək.

İnsan bədənindəki mükəmməl proqram

Əvvəlki başlıqda Allahın insan bədəninə yerləşdirdiyi mükəmməl bir proqramdan bəhs etdik. Məhz bu proqram sayəsində bütün insanlar gözlərə, qulaqlara, qollara, dişlərə sahib olar. Bu proqram sayəsində xarici görünüşlərində bəzi fərqlər yaransa da, bütün insanlar bir-birinə bənzəyər. Yenə bu proqram sayəsində qohumlarımıza bənzəyərik, eləcə də, hər ölkə xalqının özünəməxsus xüsusiyyətləri olar. Məsələn, çinlilər və yaponlar adətən bir-birlərinə bənzəyərlər. Zəncilərin öz irqlərinə məxsus dəri rəngləri, üz, ağız, göz quruluşları var.
İndi isə bu proqramın necə bir şey olduğunu belə bir nümunə ilə izah edək:
Hamınız kompyuterlərin necə işlədiyini az-çox bilirsiniz. Bu mövzunu yaxşı bilən bir mütəxəssis, kompyuteri dizayn edər. Kompyuterin bu dizayn əsasında istehsalı üçün zəruri olan mikroprosessor, monitor, klaviatura, disk, kolonka kimi hissələr də xüsusi fabriklərdə yüksək texnologiya əsasında yenə bu mövzuda məlumat sahibi insanlar tərəfindən istehsal olunar. Artıq, ortada çox mürəkkəb əməliyyatlar apara bilən bir maşın var. Onunla oyun oynaya bilər və ya yazı yaza bilərsiniz. Lakin kompyuterin bu işləri görə bilməsi üçün, "proqram" adlanan proqramlara ehtiyacı var. Yəni içinə yerləşdirdiyiniz oyun disklərindəki məlumatlar kimi. Bunun üçün mütəxəssislər tərəfindən xüsusi olaraq hazırlanmış proqramlar olmasa kompyuteriniz işə yaramayacaq.
Üstəlik, bildiyiniz kimi, istənilən proqram istənilən markalı kompyuterdə işləməz. Deməli, proqramı yazan şəsx, eyni zamanda kompyuter barəsində də məlumat sahibi olmalı və ona uyğun bir proqram hazırlamalıdır. Bir kompyuterin işləməsi üçün nə qədər çox şey bilmək lazımdır elə deyilmi? Həm bir maşına, həm də onu işlədəcək müvafiq proqrama ehtiyacınız var. Ancaq ən əhəmiyyətlisi bütün bunları dizayn edən və istehsal edən insanlar olmasa kompyuteriniz yenə işləməz.
Məhz, insan bədəni də bir kompyuter kimidir, bir qədər əvvəl də söylədiyimiz kimi, bədənimizi təşkil edən hüceyrələrin içinə bizim mövcud olmağımızı təmin edən bir proqram yüklənmişdir. İndi bunu düşünün: İlk insanın içinə qoyulan bu proqram necə meydana gəlmiş ola bilər? Cavab aydındır: Hər insan xüsusi olaraq yaradılmışdır və bunu təmin edən proqramı da yüksək məlumat və çox üstün güc sahibi Allah meydana gətirmişdir. Bədənimizi də, onu formalaşdıran proqramı da Allah yaratmışdır.
Ancaq bunu yanlış anlamayın; əslində insan bədənini bir kompyuterlə müqayisə etmək qeyri-mümkündür. Çünki bədənimiz ən təkmilləşmiş kompyuterdən belə olduqca mükəmməl quruluşa malikdir. Belə ki, yalnız beynimiz belə istənilən cəhətdən kompyuterdən qat-qat üstündür.
Gəlin indi də, bir insanın necə yarandığını daha doğrusu sizin dünyaya necə gəldiyinizi birlikdə araşdıraq:
Ananızın bətnində əvvəlcə kiçik bir ət parçası olar. Bu parça getdikcə böyüyər və müəyyən formaya düşər. Vaxt keçdikcə sümükləriniz, əzələləriniz, başınız, gözünüz, qulağınız tam öz yerlərində yaranmağa başlayar. Heç bir orqanınızın yeri dəyişik düşməz.
Boyunuzun nə qədər olacağı, göz rənginiz, əzələniz, əlinizin forması və digər yüzlərlə xüsusiyyətiniz ilk andan etibarən bəllidir. Məhz bütün bu məlumatlar Allahın hüceyrələrimizi ilk dəfə yaradarkən içinə qoyduğu proqramda yazılmışdır. Allah hər şeyi ən incə nöqtəsinə qədər müəyyənləşdirib bu proqrama yazmışdır ki, bu da bütün insanların hüceyrələrinin içinə yerləşdirilmişdir. Bu sayədə insan nəsli davam edər. Bu proqram elə mükəmməl və müfəssəldir ki, necə işlədiyini belə elm adamları hələ təzə-təzə anlamağa başlamışdırlar.
Allahın bədənimizə yerləşdirdiyi bu proqrama uyğun olaraq illər boyu yavaş-yavaş böyüyərik. Bundan ötrü də, bədənimizin böyüməsi bizə qəribə gəlməz. Doğulub böyüməyimiz onlarla il davam edər. Bu proqramın çox sürətli işləyəcəyi təqdirdə, nə qədər təəccüblənəcəyimizi bir düşünün. Yeni doğulmuş bir körpə gözlərimizin qarşısında, birdən-birə, bir neçə saat ərzində yaşlı bir insana çevrilsə heyrət içində qalardıq.